Yanğına görə avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət götürüldü - YENİLƏNİB - FOTO

Bakıda yanğına görə nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Yanğına görə avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət götürüldü - YENİLƏNİB - FOTO
Bakıda yanğına görə nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

NİİM-dən meqale.com-a verilən xəbərə görə, Nəsimi rayonu, "4-cü mikrorayon" dairəsi, Hüseyin Seyidzadə küçəsində baş vemiş yanğın səbəbindən Mir Cəlal Paşayev küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

--------

19:22

Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən obyektdə yanğın söndürülüb.

Bu barədə Mili.Az-a FHN-dən bildirilib.

Beşmərtəbəli yaşayış binasına bitişik obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə, o cümlədən binaya keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

--------

18:36

Bakının Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən obyektdə yanğın baş verib.

meqale.com FHN-ə istinadən xəbər verir ki, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. 

DİN-in Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinin yaydığı məlumata görə, sözügedən ərazidə baş vemiş yanğınla əlaqədar Mir Cəlal Paşayev küçəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.