Yaponiya XİN rəhbəri Kiyevə gəlib

Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi Ukraynaya səfər edib.

Yaponiya XİN rəhbəri Kiyevə gəlib
Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi Ukraynaya səfər edib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Ukraynadakı səfirliyi məlumat verib.

Yaponiyanın xarici işlər naziri Kiyevdə ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşəcək.

Naziri Yaponiyadan iş adamları da müşayiət edir.

Qeyd edək ki, nazirin səfəri Yaponiyanın baş naziri Fumio Kişidanın Ukraynaya səfərindən altı ay sonraya təsadüf edir.