Yaponiyada güclü zəlzələ nəticəsində ölənlərin sayı artdı - YENİLƏNİB - VİDEO - FOTO
23:42
Yaponiyanın mərkəzi hissəsində baş verən silsilə güclü zəlzələlər nəticəsində İsikava prefekturasında azı 4 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə Kyodo agentliyi yerli hökumətə istinadən məlumat yayıb.
İsikava və digər prefekturalarda azı 30 nəfər xəsarət alıb.
Bundan başqa sunami təhlükəsi səbəbindən Akita, Yamaqata, Niiqata, İsikava, Fukui, Hyoqo, Tottori, Fukuoka və Saqa prefekturalarının ən azı 97 min sakini evakuasiya əmri alıb.
--------
16:26
Yaponiyada güclü zəlzələ nəticəsində içərisində adamlar olan ən azı 6 mənzilə ziyan dəyib.
"Report" xəbər verir ki, bu barədə Yaponiya hökumətindən bildirilib.
Məlumata görə, qurbanlar da var. Amma onların sayı hələ məlum deyil.
Qeyd olunub ki, faktlar toplanılır və dəqiqləşdirilir.
--------
14:18
Yaponiyanın qərb sahillərini sunami vurub.
APA-nın TASS-a istinadən xəbərinə görə, bəzi yerlərdə sunami dalğalarının hündürlüyü 5 metrə çatır.
Yayılan görüntülərdə sunami dalğalarının gəmiləri, avtomobilləri sürüklədiyi görünür.
Hələlik dağıntı və tələfat barədə məlumat verilməyib.
-------
12:35
Yaponiyanın İşikava prefekturusanın sahilində 7,4 maqnitudalı zəlzələ qeydə alınıb.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Yaponiya mediası ölkənin müvafiq qurumlarına isinadla məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 16:10-da baş verib. Səlahiyyətli qurumlar İşikava ilə yanaşı, Niiqata, Toyama, Yamaqata, Fukui və Hyoqo prefekturalarında da sunami xəbərdarlığı elan edilib. Dənizdə dalğanın hündürlüyünün 5 metrə çatacağı güman olunur. Sahil zonasından əhalinin təxliyəsinə başlanılıb.