Yaralanan İsrail vətəndaşlarının sayı 2600-ü keçib
Fələstinin HƏMAS radikal qruplaşmasının hücumları nəticəsində yaralanan İsrail vətəndaşlarının sayı 2616 nəfərə çatıb.
meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi bildirib.
"Səhiyyə Nazirliyi 2616 yaralının olduğunu, onlardan ən azı 357-nin vəziyyətinin ağır olduğunu bildirir", - deyə naziriliyin rəsmi "Telegram" kanalında dərc edilmiş hesabatda deyilir.
Bildirilir ki, son bir neçə saat ərzində ən azı 578 nəfər xəstəxanalara müraciət edib. Onlardan 157 nəfərin vəziyyəti kritik qiymətləndirilir.