Yardım ayrıseçkiliyi - "Şou" davam edir...
Ermənistana göndərilən yardımların ardı-arası kəsilmir. Bir növ qərb təşkilatları yardım növbəsinə düzülüblər. Bu gün məlumat yayılıb ki, "UNESCO" da Qarabağdan olan erməni köçkünlərə təhsil dəstəyi göstərmək üçün yaxın günlərdə İrəvana fövqəladə missiya göndərəcək. Eləcə də, Avropa İttifaqı Ermənistana 25 milyon avrodan çox yardım ayıracaq. Bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Qranadada keçirilən Avropa Siyasi Birliyinin sammiti ərəfəsində deyib.
Görünür ermənilər dünyaya özlərini "yazıq" kimi təqdim etməyi bacarıblar. Onlara göndərilən yardımların çoxluğu da bunu sübut edir. Bir müddət əvvəl "blokada"da olduqlarını dünyaya car çəkən, yalandan şou düzəldib diqqət çəkməyə çalışanlar indi də fərqli formada yalanlarını davam etdirirlər. Onların "etnik təmizləmə" iddialarını Vaşintqon və digər dövlətlər əsassız hesab etsə də, Ermənistana yenə yardımlar gəlməkdədir.
Burada diqqət çəkən məqam yardımın göndərilməsi deyil, yardımın göndərilməsində də ayrıseçkiliyin edilməsindədir. Bu gün də ölkəmizdə yüz minlərlə hələ də öz evinə, torpağına qayıda bilməyən insan var. Amma onlar yada düşmür, heç bir humanitar yardım göstərilmir. Azərbaycanlı qaçqınlar niyə yada düşmür? "UNESCO" niyə azərbaycanlı köçkünlərə təhsil dəstəyi verməyib?
Bu ayrıseçkilik ikili standartların bariz nümunəsidir. Bu gün ermənilərə yardım barədə danışan təşkilatlar azərbaycanlılarla bağlı səsizliyi qoruyurlar. Azərbaycan dövləti 1993-2019 cu illərdə qaçqın və məcburi köçkünlərin sosial təminatı və digər məsələlərə 10 milyard manat həcmində vəsait xərcləyib. Bu vəsaitin 4 milyardı dövlət büdcəsindən, 2.5 milyardı dövlət neft fondundan, 1.4 milyardı beynəlxalq maliyyə qurumlarından, qalanı isə digər mənbələrdən götürülüb.
Ermənilərin yardım yalvarışları təkcə humanitar məsələlərlə bağlı deyil. Eləcə də, təhlükəsizlik baxımından da digər ölkələrdən yardım tələb edirlər. ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun məlumatında qeyd edilib ki, Ermənistan son aylarda ənənəvi təhlükəsizlik tərəfdaşı olan Rusiyadan başqa, bütün tərəfdaşlarından təhlükəsizlik yardımı almağa başlayıb.
Yuxarıda sadalanan təşkilatlar ayrıseçkilik etsələr də, yardıma ehtiyacı olan azərbaycanlıları görməzdən gəlsələr də ən azından məqsədləri bəllidir. Bəzi yardım təşkilatları var ki, onların məqsədi ümumiyyətlə yardım etməkdən ibarət deyil, xüsusi planları həyata keçirmək üçün gözdən pərdə asmaq məqsədi daşıyır. Məsələn, ABŞ Beynəlxalq İnkişaf Agentliyi-ni bunun bariz nümunəsidir. Bu "xeyriyyə" təşkilatı bir növ ABŞ-nin Cənubi Qafqazdakı "gizli silahı"dır. USAİD-in 2023-2025-ci illərdə müxtəlif ölkələrdə "vətəndaş cəmiyyəti" quruculuğuna 10 milyard dollara yaxın vəsait ayırdığı faktı bu iddiaları daha da gücləndirir. Məhz elə Azərbaycanda LGBT, "feministlər" və"NoWar"çılara maliyyə yardımı USAİD xətti ilə ayrılıb.
İslam meqale.com