Yasamalda 15 yaşı oğlan qız üstündə öldürülübmüş...

Yasamal rayonunda baş verən qətl hadisəsi ilə bağlı yeni detallar üzə çıxıb.

Yasamalda 15 yaşı oğlan qız üstündə öldürülübmüş...
Yasamal rayonunda baş verən qətl hadisəsi ilə bağlı yeni detallar üzə çıxıb.

meqale.com xəbər verir ki, mübahisəyə səbəb qız üstündə yaranan anlaşılmazlıq səbəb olub.

Mübahisə qısa zamanda nəzarətdən çıxıb və nəticədə 2010-cu il təvəllüdlü H.Mirzəyev qətlə yetirilib.

Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, hadisə noyabrın 17-də gecə saatlarında paytaxtın Yasamal rayonu ərazisində baş verib. 2010-cu il təvəllüdlü H.Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya çatdırılsa da, həkimlərin bütün müdaxilələrinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ə.Novruzlu saxlanılıb. /Globalinfo.az