Yaşı 50-dən yuxarı kişilər mütləq bu müayinədən keçməlidir

Yaşı 50-dən yuxarı kişilər mütləq bu müayinədən keçməlidir.

Yaşı 50-dən yuxarı kişilər mütləq bu müayinədən keçməlidir
Yaşı 50-dən yuxarı kişilər mütləq bu müayinədən keçməlidir.

meqale.com xəbər verir ki, bunu rusiyalı həkim Samir Sanqvi deyib.

"50 yaşdan yuxarı kişilər sağlamlıqlarını qorumaq üçün mütləq qan analizindən keçməlidirlər. Bir çox kişi prostat vəzi ilə bağlı müayinələrdən çəkinir, çünki rektal baxışdan qorxur. Lakin prostat xərçənginin erkən aşkarlanması üçün bu qədər narahatlığa ehtiyac yoxdur. Təkcə qan analizi vasitəsilə PSA (prostat-spesifik antigen) səviyyəsini yoxlamaq kifayətdir".

Bu analiz 50 yaşdan sonra xüsusilə vacibdir, çünki həmin yaşda prostat xəstəliklərinin yaranma riski əhəmiyyətli dərəcədə artır. Lazım gələrsə, həkimlər əlavə olaraq MRT müayinəsi də təyin edə bilərlər.

Sanqvi kişilərə xərçəng əlamətlərini gözləmədən, profilaktik müayinələrdən mütəmadi keçməyi məsləhət görüb. Onun sözlərinə görə, simptomlar artıq xəstəliyin irəliləmiş mərhələdə olduğunu göstərir, çünki bu zaman böyümüş şiş sidik kanalına təzyiq göstərməyə başlayır.