Yekaterinburqda saxlanılan azərbaycanlıları ömürlük həbs gözləyir
Rusiyanın Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsi Yekaterinburqda saxlanılan Azərbaycan vətəndaşlarının cinayətkar etnik qrupa daxil olduqlarını və sifarişli qətllər törətməkdə şübhəli bilindiklərini təsdiqləyib. meqale.com-ın məlumatına görə, bu barədə idarənin mətbuat xidmətindən məlumat verilib:
"İstintaqın məlumatına görə, etnik cinayətkar qruplaşmanın tərkibində olan müttəhimlər 2001, 2010 və 2011-ci illərdə Yekaterinburq şəhərində törədilmiş bir sıra qətllərdə və qəsdən adam öldürməyə cəhddə iştirak ediblər. Artıq bir neçə şübhəli şəxs etiraf edib, bu şəxslərlə birgə istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir".