Yəmən XİN: Britaniya və ABŞ zərbələrə görə əvəz ödəyəcək
London və Vaşinqton Yəmənə qarşı kütləvi hücumların yüksək qiymətini ödəməyə hazır olmalıdır.
meqale.com APA-ya istinadən xəbər verir ki, bunu Yəmən Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Hüseyn əl-Əzi bildirib.
"Ölkəmiz Amerika gəmiləri, sualtı qayıqları və qırıcı təyyarələrinin kütləvi hərbi təcavüzünə məruz qalıb. Şübhəsiz ki, London və Vaşinqton yüksək qiymət ödəməyə hazır olmalıdırlar", - diplomat vurğulayıb.