Yəməndən buraxılan raket elə Yəməndə məhv edildi
Yəməndən İsrailə doğru buraxılan raket Qırmızı dəniz üzərində məhv edilib.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə İsrail ordusunun (ÇAXAL) məlumatında deyilir.
Bildirilib ki, raket ölkə ərazisinə düşməyib, "Arrow" sistemi ilə zərərsizləşdirilib.
ÇAXAL nümayəndəsi Aviçay Adray X sosial şəbəkəsində qeyd edib ki, Yəməndən buraxılan raket elə öz ərazisindəcə məhv edilib.