Yəmənə hava hücumları zamanı ölənlərin və yaralananların sayı açıqlanıb

ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hava hücumları nəticəsində Yəməndə ən azı 5 nəfər ölüb, 6 nəfər yaralanıb.

Yəmənə hava hücumları zamanı ölənlərin və yaralananların sayı açıqlanıb
ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın hava hücumları nəticəsində Yəməndə ən azı 5 nəfər ölüb, 6 nəfər yaralanıb.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə husi üsyançılarının hərbi sözçüsü, briqada generalı Yəhya Səri videoya çəkilmiş müraciətində bildirib.

"Amerika və Britaniya düşməni Yəmən xalqımıza qarşı cinayətkar təcavüzünə görə tam məsuliyyət daşıyır və bu, cavabsız və cəzasız qalmayacaq", - Sari deyib. O, Yəmənin husilərin nəzarəti altında olan 5 bölgəsinə ABŞ və Britaniyanın 73 zərbə endirdiyini açıqlayıb. O, bu zərbələrin hədəfləri barədə ətraflı məlumat verməyib.