Yəmənin İsrailə müharibə elan etməsi ilə bağlı ziddiyyətli məlumatlar yayılıb - YENİLƏNİB - FOTO
Yəmənin İsrailə müharibə elan etməsi ilə bağlı ziddiyyətli məlumatlar yayılıb və rəsmi təsdiqini tapmır.
meqale.com report-a istinadən xəbər verir ki, buna səbəb ölkənin bir hissəsinə İranyönlü husi qiyamçılarının, digər hissəsinə isə hökumət qüvvələrinin nəzarət etməsidir.
Husilərin nümayəndələrinin açıqlamları da bir-birinə uyğun gəlmir.
"Al Mayadeen"in məlumatına görə, özlərini Yəmən Ordusu kimi təqdim edən qiyamçıların briqada generalı bin Amir bildirib ki, onlar yaxın saatlarda İsrailin obyetklərinə yeni zərbələr endirməyə hazırdırlar: "Biz və müqavimət oxu fəaliyyətini əlaqələndirir".
Husilərin digər təmsilçisi Yəhya Sariye Anu isə bir qədər əvvəl İsrailə rəsmən müharibə elan etdiklərini açıqlamışdı.
---------
18:01
Yəməndəki Husi silahlı qruplaşması İsrailə ballistik raketlər atdığını bildirib.
meqale.com APA-ya istinadən bildirir ki, Yəməndəki silahlı qruplaşma İsrail istiqamətində çox sayda ballistik raket və pilotsuz təyyarələr atdığını iddia edib.
Bu, artıq İsraili hədəf alan üçüncü hücumdur, silahlı qrupun sözçüsü bildirib ki, İsrailə daha çox hücumlar ediləcək.
--------
17:42
Yəmən İsrailə müharibə elan edib.
meqale.com Trend-ə istinadən bildirir ki, bunu Yəmən Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Yəhya Sari Yəmən televiziyasının efirində bəyan edib.
Onun sözlərinə görə, Yəmən Ordusunun bölmələri İsraildəki hədəflərə qarşı ballistik və qanadlı raketlərlə zərbələr endirib.
Bundan başqa, Yahya Sari İsrail Qəzzadakı əməliyyatları dayandırmayanadək Yəmən ordusunun raket və pilotsuz uçuş aparatları ilə İsrail hədəflərinə hücumları davam etdirəcəyini bildirib.