Yenə KONKAKAF Kubokunun qalibi oldular

KONKAKAF Kubokunun final matçı baş tutub.

Yenə KONKAKAF Kubokunun qalibi oldular
KONKAKAF Kubokunun final matçı baş tutub.

meqale.com xəbər verir ki, ABŞ və Meksika komandaları həlledici görüşdə üz-üzə gəliblər. Matç meksikalıların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

27-ci dəqiqədə Raul Ximenes və 78-ci dəqiqədə Edson Alvares qələbə qollarını vurub. ABŞ yığmasının yeganə qolunun müəllifi isə Kris Riçards olub.

Qeyd edək ki, Meksika yığması tarixində 10-cu dəfə KONKAKAF Kubokuna yiyələnib.