Yeni tədris ilində 17 cüt əkiz məktəbə gedəcək - FOTO
Şotlandiyada İnverklayd şəhərində bu payızda 17 cüt əkiz uşaq məktəbə getməyə hazırlaşır.
meqale.com oxuya istinadən bildirir ki, müqəddəs Patrik məktəbinin direktor müavini Qrem Bruksun sözlərinə görə, məktəb ənənəvi olaraq hər il yeni cüt əkizləri qəbul edir. Təkcə bu il sözügedən müəssisəyə altı belə tam orta məktəb şagirdi daxil olacaq.
İnverklayd şəhəri çoxları tərəfindən "Tvinverklayd" adlandırılır, çünki orada çoxlu əkizlər doğulur.