“Yeni terrorun qarşısı alınıb” - Rusiya MN
Rusiyanın Müdafiə Nazirliyi Ukrayna ordusunun yeni PUA hücumunun qarşısının alınması barədə məlumat yayıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusuna məxsus 4 təyyarə tipli pilotsuz uçuş aparatının (PUA) Kursk və Orlov vilayətlərində Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu bildirib.
Qeyd olunub ki, Kiyev rejimi təyyarə tipli PUA-larla Rusiya Federasiyasının ərazisindəki mülki obyektlərə qarşı yeni terror aktı törətməyə cəhd edib.
İlk iki PUA Orlov şəhərindəki yanacaq-energetika məntəqəsinə düşüb.
Hücum nəticəsində baş verən yanğın qısa müddətdə söndürülüb. Hadisə nəticəsində 3 nəfər yaralanıb.