Yerə təhlükəli asteroid yaxınlaşır

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) potensial təhlükəli asteroidin Yerə yaxınlaşdığını açıqlayıb.

Yerə təhlükəli asteroid yaxınlaşır
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) potensial təhlükəli asteroidin Yerə yaxınlaşdığını açıqlayıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki,  mütəxəssislərin 6037 (1988 EG) adlandırdığı asteroid avqustun 23-ü Yerə təxminən 6 milyon kilometr məsafədən keçəcək.

Asteroidin diametrinin 430-960 metr, sürətinin isə saniyədə 14,25 kilometr olduğu bildirilir.