Yerə təhlükəli asteroid yaxınlaşır - Toqquşma ehtimalı 2 dəfə artdı - FOTO

"2024 YR4" asteroidinin 2032-ci ildə Yerlə toqquşma ehtimalı 1.2%-dən 3.1%-ə yüksəlib. Bu, müşahidə tarixində ən yüksək göstəricidir.

meqale.com-ın verdiyi məlumata görə, bu barədə "Haber Global" xəbər yayıb.

Bildirilir ki, 7 il sonra asteroidin Yerlə toqquşma ehtimalı cəmi bir neçə həftə ərzində bu qədər artıb.

Alimlərin fikrincə, asteroidin Yerlə toqquşması zamanı TNT ekvivalentində 8 meqaton gücündə partlayış baş verə bilər. Bu, Xirosimaya atılan atom bombasının gücündən 500 dəfə çoxdur.

Alimlər "2024 YR4"ün sıx məskunlaşmış şəhərə düşməsinin nəticələrini proqnozlaşdırıblar - zərbə dalğası partlayış mərkəzindən 13.7 km radiusda olan binaların əksəriyyətini dağıdacaq. İnsan tələfatı ehtimalı hətta 19 km radiusda da qalacaq, 40 km-ə qədər məsafədə olan insanlar isə yüngül xəsarət alacaqlar.

Bununla belə, alimlər hələ asteroidin hansı orbitlə uçacağını dəqiq bilmirlər.

Xatırladaq ki, "2024 YR4" asteroidi 27 dekabr 2024-cü ildə Çilidəki ATLAS rəsədxanasında aşkar edilib. Onun diametri təxminən 70 metrdir ki, bu da Çelyabinsk meteoritindən üç-dörd dəfə böyükdür.