Kremldən Ukraynaya xəbərdarlıq: Vaxt tükənir
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna rəhbərliyi sülh danışıqları ilə bağlı qərarı dərhal verməlidir, əksi halda gec olacaq.
meqale.com xəbər verir ki, Peskovun sözlərinə görə, Rusiyanın hücum əməliyyatları Zelenskiyə "indi danışıqlara başlamaq" mesajını verməlidir.
O əlavə edib ki, əməliyyatlar nəticəsində Ukrayna ərazilərini itirdikcə, qərarvermə imkanları daha da məhdudlaşır.
Peskov qeyd edib ki, məqsəd Zelenski və onun hakimiyyətini sülh yolunu seçməyə məcbur etməkdir: "Bu vəziyyəti davam etdirmək onlar üçün həm mənasız, həm də təhlükəlidir. Rejim məsuliyyətli qərarı indi verməlidir".