Yevlaxdakı ağır qəzada yaralananların SON VƏZİYYƏTİ

Yevlaxda baş verən ağır qəza zamanı yaralananların vəziyyəti məlum olub.

Yevlaxdakı ağır qəzada yaralananların SON VƏZİYYƏTİ
Yevlaxda baş verən ağır qəza zamanı yaralananların vəziyyəti məlum olub.

TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 15.02.2025-ci il tarixində saat 01:10 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (2-si qadın cinsli, 2-si kişi cinsli) hospitalizasiya olunub.

"Müxtəlif növ bədən xəsarətləri alan şəxslər müvafiq tibb müəssisələrinə yerləşdiriliblər. Onların müalicələri davam etdirilir. Hazırda 2 nəfərin vəziyyəti ağır, digərlərinin isə stabil qiymətləndirilir", - məlumatda qeyd edilib.

Qeyd edək ki, Yevlaxda "Kia" markalı minik avtomobilinin aşması 4 nəfərin xəsarət alması ilə nəticələnib.