Yığmamızın Niderlandla oyununun hakimləri müəyyənləşib
Futzal üzrə Azərbaycan milli komandasının DÇ-2024-ün elit-raund mərhələsində Niderland yığması ilə oyununun hakimləri açıqlanıb.
meqale.com İdman.biz-ə istinadən xəbər verir ki, dekabrın 20-də Almere şəhərində keçiriləcək qarşılaşmanı Litvadan olan hakimlər briqadası idarə edəcək.
Matçda Dominyikas Norkus, Mantas Pomeçkis və İrmantas Kapraşovas ədaləti qoruyacaq. Vaxtı isə niderlandlı Joern Te Kloeze izləyəcək.