"Yolda atamla üz-üzə gələndə mənə salam verməzdi"
"Ata qızına mütləq sevgi verməlidir. Çünki ata sevgisi görməyən qız hər zaman həyatında səhv edəcək".
meqale.com axşam.az-a istinadən bildirir ki, bu sözləri aktrisa Zümrüd Qasımova "Xəbərin var?" verilişində deyib. O, valideyni ilə olan münasibətindən danışıb:
"Allah rəhmət eləsin, atam çox zəhimli insan idi. Onunla yolda üz-üzə gələndə mənə salam verməzdi, yanından sakitcə keçirdim. Belə bir münasibətimiz var idi. Amma ki, qayğıkeş və ailəsi üçün əziyyət çəkən insan idi. Evdə səsim bir az artıq çıxanda atam əlini masaya vurub deyirdi ki, "Zümrüd, səsin gəlir". Yəni atam çox ciddi olub.