Yolda sürət yarışı keçirənlərə 25 sutka həbs verildi - VİDEO
Astarada sürət yarışı keçirməklə avtoxuliqanlıq edən sürücülər həbs olunub.
meqale.com DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupuna istinadən xəbər verir ki, Astara RPŞ-nin DYP Bölməsi şəhər ərazisində yarış keçirən iki sürücünü saxlayıb.
Belə ki, digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan, idarə etdikləri "Toyota" markalı avtomobillərlə sürət yarışı etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozan Mirəli Rəhimov və Nihad Abışov barəsində inzibati protokol tərtib edilib.