Yunanıstan altı günlük iş həftəsinə keçdi
Yunanıstanda iyulun 1-də dövlət sektorunda bir sıra qurum, şirkət və bankların 6 günlük iş həftəsində çalışmasına icazə verən qanun layihəsi qüvvəyə minib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Yunanıstan KİV məlumat yayıb.
Qeyd olunub ki, qanun layihəsi qəbul edilərkən əhalinin fikri nəzərə alınmayıb. Bununla belə, işçilər 6 günlük iş rejimində çalışmaqdan imtina edə bilməyəcəklər.