Yunis kişini qoyun otaranda güllələyən kim idi? - şahid - VİDEO
Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində növbəti zərərçəkən ifadə verib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, Meşəli hadisələri zamanı əsir düşmüş Mikayıl Nurməmmədov Xaçatryanın törətdiyi əməlləri dilə gətirib:
- Yunis kişini qoyun otaranda güllələyən kim idi?
Sən de görüm kim idi? Bilmirsən? Kənd bilir. Sən məndən də yaxşı bilirsən. Rəhmətlik Miryusif kişi kimi mərd, qoçaq adamı kim güllələdi?
- Onu milis işçisi olan Alik vurdu.
Bəs təcili yardım maşınında Ravili güllələyib yaralayan kim idi?
- Bilmirəm.
- Yalan danışırsan
- Bəs Rəcəb müəllimin "Moskviç" avtomobilini böyük kütlə ilə kim yandırdı? Sən bilmirsən?
- Yox.
- Sən nə alçaq adamsan.
Xatırladaq ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.
Onun üzv olduğu cinayətkar dəstə 1991-ci ilin dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.