Yunus Oğuzun "Cengiz han" romanı çapdan çıxdı - FOTO

Hökmdarların, dünya fatehlərinin, sərkərdələrin həyatı insanlar üçün həmişə maraqlı olub. Ədəbiyyat xadimlərimiz də oxucuların bu istəyini həmişə nəzərə alıblar. 

Yunus Oğuzun
Hökmdarların, dünya fatehlərinin, sərkərdələrin həyatı insanlar üçün həmişə maraqlı olub. Ədəbiyyat xadimlərimiz də oxucuların bu istəyini həmişə nəzərə alıblar. 

meqale.com olaylar.az-a istinadən xəbər verir ki, görkəmli yazıçı, onlarla tarixi romanın müəllifi Yunus Oğuzun dünya  fatehlərindən biri olan Çingiz xan haqqında romanı Türkiyə türkcəsində çapdan çıxıb.

Müəllif tarixin hər dönəmində həm tarixə, həm də ədəbiyyata sirrlərlə gizlənmiş bir şəxs olan Çingiz xanın yaşam yolunu türk oxuculara çatdırır.

"Çingiz xan" (Cengiz han) romanında müəllif hökmdarın portretini savaşçı, dövlət qurucusu, hər nə qədər  öldürsə  də yaşatmağı və qurmağı sevən biri kimi çızır. Roman Türkiyədə Bilge Tonyukuk Yayınları Yayın Evində çapdan çıxıb.