Yusif ayaqqabısını bağlayarkən ölübmüş - Təfərrüat

00:11

Yusif ayaqqabısını bağlayarkən ölübmüş - Təfərrüat
00:11

Mingəçevirdə məktəblinin qəfil ölməsi ilə bağlı bəzi detallar məlum olub.

meqale.com Xəzər TV-yə istinadən məlumat verir ki, məktəblinin ayaqqabısını bağlamaq üçün əyildikdən sonra halı pisləşib:

"3 ay əvvəl ürək əməliyyatı keçirmişdi, bir həftə əvvəl də özünü pis hiss edirdi. Dərslərini yaxşı oxuyurdu, idmanla da məşğul olurdu" , - deyə yaxınları bildirib.

------------- 17:05

Mingəçevir İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbdə dərs zamanı halı pisləşən şagird ölüb.

meqale.com xəbər verir ki, 2010-cu il təvəllüdlü Yusif Yusifov bir ay əvvəl ürək əməliyyatı keçiribmiş.

Bu gün dərsdə Y.Yusifovun halı qəfil pisləşib. Təcili tibbi yardım briqadası vasitəsilə xəstəxanaya aparılan şagirdin həkiməqədər ölümü baş verib./"qafqazinfo"

15:30

Mingəçevirdə dərs zamanı halı pisləşən şagird ölüb.