Yuval Noah Harari Bakıdadır
İnsanlar tərəfindən yaradılmış süni intellekt hələ inkişafının çox erkən mərhələsindədir.
meqale.com xəbər verir ki, bunu israilli hərbi tarixçi, mediyevist, "Sapiens: Bəşəriyyətin qısa tarixi" kitabının müəllifi Yuval Noah Harari Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində deyib.
"Bizim yaratdığımız süni intellekt insan intellektindən istifadə etməyərək məlumatları emal edir, qərarlar qəbul edir və tamamilə yeni ideyalar yaradır. Süni intellekt bir çox məsələlərin həllində bizdən daha üstündür", - o qeyd edib.