“Yuventus”a yeni baş məşqçi təyin olundu
İtaliya A Seriyası təmsilçilərindən "Yuventus" baş məşqçi Tiaqo Motta ilə yollarını ayırıb.
meqale.com xəbər verir ki, baş məşçinin əvəzinə təcrübəli mütəxəssis İqor Tudor gətirilib.
Bu barədə "qoca sinyora"nın mətbuat xidməti məlumat yayıb.
Xorvatiyalı mütəxəssis ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.