"Yuventus" onunla müqaviləni uzatdı
"Yuventus" futbolçusu Bremerlə yeni müqavilə imzalayıb.
meqale.com qol.az-a istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2028-ci ilin iyunun kimi uzadılıb.
Qeyd edək ki, Bremer bu mövsüm İtaliya A Seriyasında "Yuventus"un heyətində 17 oyuna çıxıb və 1 qol vurub. O, 2022-ci ilin yayından "Torino"dan Turin təmsilçisində çıxış edir. Braziliyalı futbolçu üçün 41 milyon avro təzminat ödənilib.