Yuxarı Larsda daha bir məntəqə bağlandı
Güclü qar yağması və qar uçqunu təhlükəsi səbəbindən Gürcüstandan Rusiyaya gedən avtomobil yolunun ikinci hissəsi də bağlanıb.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Regional İnkişaf Nazirliyinin Avtomobil Yolları Departamenti məlumat yayıb.
Departamentin məlumatına görə, bu andan etibarən Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Mleta-Qudauri məntəqəsində bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
Qeyd edək ki, bundan öncə Qudauri-Kobi məntəqəsi bağlanmışdı.