Zakir Həsənov türkiyəli həmkarı ilə görüşüb - YENİLƏNİB - FOTO

18:28

Zakir Həsənov türkiyəli həmkarı ilə görüşüb - YENİLƏNİB - FOTO
18:28

Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov qardaş ölkənin milli müdafiə naziri cənab Yaşar Gülerlə görüşüb.

meqale.com bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perpektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

----------- 17:12 Mayın 29-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına işgüzar səfər edib.

meqale.com xəbər verir ki, bu barədə Azərbaycan MN məlumat yayıb.

Məlumata görə, Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerin dəvəti ilə qardaş ölkəyə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər heyətinin bir sıra görüşləri və "EFES - 2024" çoxmillətli təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirakı planlaşdırılır.