Zaqatala sakinlərini aldadan “Makler Saleh” HƏBS EDİLDİ

Zaqatalada dələduzluq edən makler həbs olunub.

Zaqatala sakinlərini aldadan “Makler Saleh” HƏBS EDİLDİ
Zaqatalada dələduzluq edən makler həbs olunub.

meqale.com lente istinadən xəbər verir ki, "Makler Saleh" ləqəbli Saleh Süleymanov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsilə təqsirləndirilir.

Onun barəsində 10-a yaxın vətəndaş hüquq-mühafizə orqanlarına şikayət edərək, aldandıqlarını bildiriblər.

"Makler Saleh" bir əmlakı bir neçə nəfərə satmaqda və digər bu kimi cinayətlərdə ittiham olunur.

Zaqatala rayon məhkəməsinin qərarı ilə Saleh Süleymanov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda prokurorluq onun digər cinayətlərinin olub-olmadığını araşdırır.