Zaur Məmmədovun intihar səbəbi bilindi - İddia

Zaur Məmmədovun intiharı ilə bağlı sosial şəbəkələrdə edilən paylaşım geniş müzakirələrə yol açıb.

Zaur Məmmədovun intihar səbəbi bilindi - İddia
Zaur Məmmədovun intiharı ilə bağlı sosial şəbəkələrdə edilən paylaşım geniş müzakirələrə yol açıb.

meqale.com xəbər verir ki, onun 10 min manat pulunun batdığı üçün intihar etdiyi deyilir.

Qeyd edək ki, bu gün Zaur Məmmədov Vəkillər Kollegiyasının qarşısında canına qəsd edib.

Vəkil Zaur Məmmədovun qardaşı onun intihar etməsi üçün bir səbəbin olmadığını bildirib.

Vəkillər kollegiyasının yanında özünü yandıraraq intihar edən Salyan vəkil bürosunun vəkili Zaur İsa oğlu Məmmədov Hacıqabul şəhər sakinidir. 36 yaşlı (1987-ci il təvəllüdlü) Z.Məmmədov subay olub. Ailənin kiçik övladı olan Zaur ailədə 2 qardaş bir bacıdılar. Hacıqabul şəhəri M.F.Axundov küçəsi, ev 78 ünvanında qeydiyyatda idi.

Qardaşı Seymur Məmmədov APA-ya bildirib: "Dünən atam onunla telefonla danışıb. Atam dedi ki, bayramdı gəl bir yerdə keçirək. Zaur da cavabında deyib ki, bu gün (31 dekabr) yox, sabah gələcəyəm. Yəni, bu gün onu gözləyirdik. Bu gün də eşitdik ki, bu hadisə baş verib. Heç bir problemi yox idi".

İntihar etməyə bir səbəbin olmadığını bildirən qardaşı onun nə borcunun olduğunu, nə də bir istəklisinin olmadığını qeyd etdi.

Vəkilin dostu Aşur Bədəlsoy Zaur Məmmədovun intiharının səbəbi barədə paylaşım edib. O bildirib ki, sonuncu dəfə Zaur Məmmədovla cümə günü "whatsApp"  vasitəsilə danışıblar: "Son olaraq dost kimi deyim, haqqı üzərimdə qalmasın. Tanıdığım sözünə bütöv tək-tük insanlardan biri idi. Mənə Bakıda yerləşən istintaq orqanlarından birinin müstəntiqinə bir neçə həftə qabaq 10 000 manat pul verdiyini dedi. İşin həll olmadığını, müstəntiqin də pulu qaytarmadığını bildirdi. İşin yiyəsinin onu tutdurmaq üçün prokurorluğa şikayət edəcəyini dedi". 

Aşur Bədəlsoy bildirib ki, işin yiyəsinin də onu tutdurmaq üçüb prokurorluğa şikayət edəcəyini deyib: "Zaur müəllim də çarə tapmadığını və özünü yandıracağını dedi. Səhəri gün də müstəntiqlə görüşəcəyini olmasa özünü öldürəcəyini dedi. Zarafat etdiyini düşündüm. Həll olacağını, səbirli olmağını dedim. O isə bir neçə başqa iş üçün də pullar verdiyini bildirdi. Bu gün səhərdən əlaqə saxlaya bilmədim. Narahat oldum... Xəbəri yayıldı..."