Zədəli Neymar sevimli məşğuliyyətindən bu qədər qazandı - MƏBLƏĞ
Ciddi zədə səbəbindən yaşıl meydandan uzaq düşən braziliyalı hücumçu Neymar özünü pərəstişkarı olduğu poker oyununa həsr edib.
meqale.com fanat.az-a istinadən xəbər verir ki, İtaliyanın "ITASportPress" agentliyinə istinadən xəbər verir ki, ulduz futbolçu bu dəfə "PokerStars" turnirinə qatılıb.
Neymar iştirak etdiyi yarışda beşinci yeri tutub. Turnirin yekun təsnifatında belə yüksək mövqe Neymara 4677 dollar qazanmağa imkan verib.
Xatırladaq ki, "Əl-Hilal"ın və Braziliya millisinin ulduzu oktyabrın 18-də zədələnib. O, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya millisinin səfərdə Uruqvaya qarşı keçirdiyi matçda (0:2) sıradan çıxıb. Müayinə zamanı ön xətt oyunçusuna sol dizinin çarpaz bağlarının qırılması və menisk yırtığı diaqnozu qoyulub.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun