Zəfər Günü münasibətilə Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin konserti keçiriləcək
Bakıda Beynəlxalq Muğam Mərkəzində noyabrın 10-da saat 19.00-da Xalq artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin 44 günlük Vətən müharibəsində 2020-ci il Qələbə Günü şərəfinə konserti keçiriləcək.
Bayram gecəsində vətənpərvərlik kompozisiyaları təqdim olunacaq. Konsertdə MEZZO Uşaq Xoru və MEZZO Qadın Kamera Orkestri iştirak edəcək.
Bilet almaq üçün https://iticket.az/events/concerts/my-motherland/102912