Zelenski Baş Qərargah rəisini də dəyişdi

Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin Baş Qərargah rəisi Sergey Şaptalanı vəzifəsindən azad edib.

Zelenski Baş Qərargah rəisini də dəyişdi
Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin Baş Qərargah rəisi Sergey Şaptalanı vəzifəsindən azad edib.

meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Bildirilib ki, Zelenski onun yerinə bu posta ərazi müdafiə qüvvələrinə komandanlıq edən Anatoli Barhileviçi təyin edib.

Bundan əlavə, Ukrayna Prezidenti qeyd edib ki, Silahlı Qüvvələrin Quru Qoşunlarının komandanı vəzifəsinə yeni təyin edilmiş Aleksandr Sırski artıq müavinlərini müəyyənləşdirib, lakin onların adları hələ açıqlanmayıb.