Zelenski: Düşmənin hücumu dayandırıldı

İndi Ukrayna-Rusiya cəbhəsində vəziyyət son üç ayda olduğundan xeyli yaxşıdır.

Zelenski: Düşmənin hücumu dayandırıldı
İndi Ukrayna-Rusiya cəbhəsində vəziyyət son üç ayda olduğundan xeyli yaxşıdır.

meqale.com report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Le Monde" və BFMTV-yə müsahibəsində deyib.

"Artilleriya sursatlarının, hava hücumundan müdafiə vasitələrinin, uzaqmənzilli silahların olmaması və Rusiya dronlarının sıxlığı səbəbindən çətinliklərlə üzləşdik. Rusiya aviasiyasına qarşı yaxşı işlədik, Şərqdə vəziyyəti bərpa etdik və düşmənin hücumu dayandırıldı", - dövlət başçısı söyləyib.

Prezident qeyd edib ki, işğalçılar Avdiivkanı viran qoyaraq bu əraziləri ələ keçirə biliblər, lakin çoxlu sayda təyyarə itirdiklərinə görə artıq irəliləyə bilmirlər.

"Biz Qara dənizdə güclü əməliyyatlar həyata keçiririk. Mən təfərrüatlara varmayacağam, amma çox önəmli müsbət nəticələrə işarə edən məruzə aldım", - Zelenski əlavə edib.

Eyni zamanda, o bildirib ki, Ukrayna müharibə davam edərkən Rusiyanın təcavüzünü dayandırmaqda "pozitiv" ola bilməz.