Zelenski İrəvana gəlir, bunun Rusiyaya nə dəxli? - Melkonyan
Ukrayna Prezidenti Vladimir Zelenski Ermənistana gəlmək qərarı versə, o zaman biz onu qəbul etməli olacağıq. Bizim problemimiz nədir? Bizə Rusiyanın necə reaksiya verəcəyi maraqlı deyil, bu, öz işimizdir.
meqale.com axar.az-a istinadən bildirir ki, bu sözləri hakim "Mülki müqavilə" partiyasının deputatı Qagik Melkonyan erməni mediasına açıqlamasında deyib.
O bildirib ki, biz öz dövlətimizin mənafeyində maraqlıyıq.
Jurnalistlərin Ermənistanın sonda KTMT-ni tərk edib-etməyəcəyi sualına Melkonyan belə cavab verib:
"Hər şey öz vaxtında. Zamanı gələndə hər şeyi edəcəyik. "Dondurmaq" (Nikol Paşinyan "Frans 24" kanalına müsahibəsində Ermənistanın KTMT-də fəaliyyətini dondurduğunu demişdi - red.) o deməkdir ki, biz bir ildən artıqdır ki, KTMT-nin heç bir iclasında iştirak etmirik".