Zelenski onlarla görüşmək istəmədi
Ukrayna Prezidenti Volodimir Zelenski Davos forumunda Çin nümayəndə heyətinin onun səviyyəsinə uyğun gəlmədiyi üçün görüşmək istəməyib.
meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, bu haqda Ukraynanın "Strana.ua" nəşri məlumat yayıb. "Çin lideri ilə görüşmək istərdim. Bildiyimə görə, Si Cinpin qərarlar verir, Ukraynada isə mən qərar verirəm", - deyə o bildirib.
Ukrayna lideri əlavə edib ki, onun hər hansı bir dialoqa deyil, bu qərarları qəbul edən liderlərin vacib qərarlarına ehtiyacı var.