Zelenski onu sərhəddə görüşə dəvət etdi
Ukrayna Prezidenti Volodimir Zelenski blokada problemini həll etmək üçün Polşanın Baş naziri Donald Tusku ölkələr arasında sərhəddə görüşməyə dəvət edib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, o, bu barədə teleqramda bildirib.
"Və sizdən, Donald, cənab Baş nazir, sərhədə gəlməyinizi xahiş edirəm. Andjey Duda, cənab Prezident, sizdən bu dialoqa dəstək verməyinizi xahiş edirəm. Bu milli təhlükəsizlikdir. Biz bunu gecikdirməməliyik. Yaxın günlər bizə bunu etmək şansı verir", - deyə Ukrayna lideri qeyd edib.