"Zelenski Putinlə ancaq bu ölkələrin birində görüşmək istəyir" - YENİLƏNİB

21:31 Ukrayna Prezidenti Volodimir Zelenski dünyanın yeddi ölkəsindən birində həmkarı Vladimir Putinlə görüşməyə hazırdır. 

21:31 Ukrayna Prezidenti Volodimir Zelenski dünyanın yeddi ölkəsindən birində həmkarı Vladimir Putinlə görüşməyə hazırdır. 

meqale.com xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində Ukrayna xarici işlər naziri Andrey Sibiqa yazıb.

Onun sözlərinə görə, söhbət Avstriya, Vatikan, Türkiyə, İsveçrə və Fars körfəzinin üç dövlətindən gedir.

Qeyd edək ki, bu gün keçirilən brifinqdə Rusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenskini görüşə hazır olduğu təqdirdə Moskvaya dəvət edib.

----------- 18:28 Zelenski ilə görüş ehtimalını heç vaxt istisna etməmişəm.

meqale.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Çində mətbuat konfransında bildirib.

Putin Ukrayna lideri Volodimir Zelenskini görüşə hazır olduğu təqdirdə, Moskvaya dəvət edib.

Putin Trampın ondan Zelenski ilə görüşməsini xahiş etdiyini qeyd edib.