Zelenski Türkiyədədir - YENİLƏNİB
16:02
Ukrayna prezidenti Volodimir Zelenski Türkiyədə səfərdədir.
Trend bu barədə türk KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, o, İstanbulda Atatürk Hava Limanında qarşılanıb. V.Zelenski martın 8-də axşam saatlarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
-------
11:43
Türkiyə və Ukrayna Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Volodimir Zelenski arasında danışıqlar İstanbulda aparılacaq, bundan sonra birgə mətbuat konfransı planlaşdırılır.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə TASS-a Türkiyə liderinin ofisindəki mənbə bildirib.
"Prezidentlər Ərdoğan və Zelenski arasında görüşün yerli vaxtla təxminən saat 19:00-da Prezidentin İstanbulda, Dolmabaxçadakı iş kabinetində baş tutacağı gözlənilir. Görüşdən sonra mətbuat konfransı planlaşdırılır", - agentliyin həmsöhbəti bildirib.
Görüşdə Ukrayna ilə Rusiya arasında davam edən müharibə, taxıl dəhlizi sazişinin müddətinin uzadılması, bölgədə davamlı sülhəsəbəb ola biləcək qərarlar ətrafında fikir mübadiləsi aparılacaq.