Zelenski Ukraynanın itkilərini AÇIQLADI

Ukrayna Silahlı Qüvvələri (USQ) döyüş əməliyyatları zamanı 45,1 min nəfər itki verib.

Zelenski Ukraynanın itkilərini AÇIQLADI
Ukrayna Silahlı Qüvvələri (USQ) döyüş əməliyyatları zamanı 45,1 min nəfər itki verib.

meqale.com bildirir ki,  bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski britaniyalı jurnalist Pirs Morqana müsahibəsində bildirib.

"İtkilərimizə gəlincə: dəqiq rəqəmlər bizim üçün çox vacibdir. 45,1 min nəfər həlak olub və təxminən 390 min yaralanma halı var. Dəqiqləşdirim: yaralanma hallarının sayı yaralananların sayından çoxdur, çünki yaralanan və sonra döyüş meydanına qayıdıb yenidən yaralanan insanlar var", - dövlət başçısı deyib.