Zelenskidən acı ETİRAF

Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin Rusiya ilə münaqişə zamanı itirdiyi əraziləri geri qaytara bilməyəcəyini etiraf edib.

Zelenskidən acı ETİRAF
Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin Rusiya ilə münaqişə zamanı itirdiyi əraziləri geri qaytara bilməyəcəyini etiraf edib.

meqale.com bildirir ki, o, bu fikri 4 fevralda britaniyalı jurnalist Pirs Morqana verdiyi müsahibədə səsləndirib.

"Biz bütün torpaqlarımızı geri qaytara bilmərik. Nəticənin qeyri-müəyyən olduğu bir halda milyonlarla insanı itirə bilmərik", - deyə Zelenski bildirib.

O, Ukraynaya Qərbin hərbi yardımının yetərli olmadığını və cəbhədə vəziyyətin çox çətin olduğunu vurğulayıb. Eyni zamanda, münaqişənin həlli üçün danışıqlara hazır olduğunu qeyd edib. /baku.ws