Zelenskinin İrəvana səfərdə məqsədi... - Zülfüqarov

Ukrayna Prezidenti Vladimir Zelenskinin İrəvana səfər etməsinin, düşünürəm, o qədər də problemli tərəfi yoxdur.

Zelenskinin İrəvana səfərdə məqsədi... - Zülfüqarov
Ukrayna Prezidenti Vladimir Zelenskinin İrəvana səfər etməsinin, düşünürəm, o qədər də problemli tərəfi yoxdur.

meqale.com xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.

"Burada əsas məqsəd Rusiyaya mesaj verməkdir. Zelenski Rusiyayanın müttəfiqi olan Ermənistana səfər edə biləcəyini göstərməklə, hətta onun hərbi müttəfiqlərinin də bu müharibədə Rusiyanı dəstəkləmədiyini nümayiş etdirmək istəyir. Ermənistanın buradakı xeyrini demək isə çətindir. Bəlkə də İrəvan işarə edir ki, o, qərbyönümlü siyasət yürüdür", - T.Zülfüqarov bildirib.