Zəlzələ Bakıda belə hiss olundu - ANBAAN VİDEO

01:04

Zəlzələ Bakıda belə hiss olundu - ANBAAN VİDEO
01:04

Xəbərə video əlavə olunub.

Xəzər dənizi sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb.

meqale.com bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə (EMSC) istinadən xəbər verir.

Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 00:33-də Dərbənddən (Rusiya) 50 km şimal-şimal-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 11 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən meqale.com-a bildirilib ki, Dağıstandakı zəlzələ 5,3 maqnitudada olub, zəlzələ ocağı 66 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, təbiət hadisəsi Azərbaycanın bir sıra şəhər və rayonlarında da hiss edilib.

------------ 00:39 Xəzər dənizində zəlzələ olub.

meqale.com xəbər verir ki, zəlzələnin mərkəzi Dağıstan respublikasının İzberbaş şəhəri yaxınlığında 14 km dərinlikdə olub.

Zəlzələnin rixter cədvəli ilə 5.8 bal gücündə olduğu bildirilir.

Zəlzələ 00:34 radələrində Bakı və Sumqayıtda da hiss olunub.