Zəlzələlərə səbəb əslində bu imiş
Qırılma zonalarında süxurların quruluşu və düzülüşü zəlzələlərə tektonik plitələr arasındakı gərginlik kimi təsir göstərə bilər.
meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə Miçiqan Universitetinin alimləri apardıqları araşdırmadan sonra elan ediblər. Onların tədqiqatlarının nəticələri "Science Advances" jurnalında dərc olunub.
Əvvəllər hesab olunurdu ki, zəlzələlər yalnız kontinental plitələr arasında gərginliyin artması nəticəsində bir lövhə digərinin altına sürüşməsi ilə yaranır.
Lakin yeni araşdırmalar göstərdi ki, qırılma zonalarında olan süxurlar bu prosesdə mühüm rol oynayır.
Alimlər Yaponiyanın şərqi Kanto bölgəsində, Tokionun yerləşdiyi ərazidə zəlzələlərə dair məlumatları təhlil ediblər. Müəyyən edilib ki, bölgədəki süxurlar müəyyən bir istiqamətdə yönəldilmiş mineral təbəqələrindən ibarətdir. Bu, onların anizotrop xüsusiyyətə malik olmasına səbəb olur (yəni onların xassələri təsir istiqamətindən asılıdır).