Zeynəb və Talıbın Özbəkistanda anşlaqla keçən konserti - VİDEO
Müğənni Zeynəb Həsəni və Talıb Tale Özbəkistanın Khiva şəhərində konsert proqramı ilə çıxış ediblər.
meqale.com bizim.media-ya istinadən bildriir ki, sənətçilər konsertdən əvvəl Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekovla birgə şəhərin tarixi memarlıq və mədəniyyət abidələri ilə tanış olublar.
Müğənnilər ölkənin milli geyimlərini əyinlərinə geyinərək fotolar çəkdiriblər.
Axşam saatlarında isə Zeynəb və Talıb özbək pərəstişkarlarına musiqi ziyafəti veriblər. Onların konserti "Xorazm" televiziyası ilə canlı yayımlanıb.