Zibilə görə qonşularını güllələdi - FOTO
İstanbulda binanın önünə zibil qoyan Ahmet T. qonşularının xəbərdarlığı ilə başlayan mübahisədən sonra silahını çıxararaq atəş açıb.
meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Kağıthanesindəki binanın önünə zibil qoyan Ahmet T.-nin qonşuları tərəfindən xəbərdar edilməsindən sonra mübahisə düşüb.
İki qonşusu tərəfindən döyülən Ahmet T. yanındakı tapançanı çıxararaq dəfələrlə atəş açıb.
Hadisə zamanı ölən və yaralanan olmasa da, iki avtomobilə ziyan dəyib.
Mübahisə və atışma binanın təhlükəsizlik kamerasına düşüb.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun