Zidanın müasir futbolda valeh olduğu yeganə futbolçu
"Real" və "Yuventus"un əfsanəvi sabiq futbolçusu Zinəddin Zidan müasir dövrdə onu valeh edən yeganə oyunçunun adını açıqlayıb.
meqale.com xəbər verir ki, o, yalnız "Barselona"nın ulduzu Lamin Yamalı bəyəndiyini bildirib:
"Meydandakı mövqeyindən asılı olmayaraq, məni həqiqətən heyran edən bir futbolçu var. Bu, Lamin Yamaldır. 'İnter'lə "San-Siro"dakı oyunda o, hər şeyi təkbaşına etdi".